`Düşmən ordusunda hərc-mərclik davam edəcək` - Aydəmirov
21:56 18 Fevral 2017
"Demoralizə edilmiş düşmən ordusunda bu kimi hallar yüksələn templə artmaqda davam edəcək".
Femida.az xəbər verir ki, bunu işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunda növbəti əsgər ölümü ilə bağlı məlumatı şərh edən sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Onun sözlərinə görə, son zamanlar Ermənistan ordusunda ölən və yaralananların sayının çoxalmasının səbəbləri erməni hərbçiləri arasında qarşılıqlı nizamnamə qaydalarının pozulması, intizamsızlıq, özbaşınalıq və ümumiyyətlə erməni cəmiyyətində hökm sürən hərc-mərclikdir.
Qeyd edək ki, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə xidmət keçən əsgəri 19 yaşlı Lernik Osyanın fevralın 18-də saat 11.45 radələrində döyüş postunda meyiti tapılıb. Hələlik naməlum şəraitdə öldüyü bildirilən Ermənistanın Lori vilayətinin Odzun kəndinin sakini L.Osyan ailənin tək övladı olub.
Miri Məcidli
Femida.az
Oxunub: 3648
Oxşar xəbərlər
- `Düşmənlərimiz hər cür çirkin əməllərə əl atırlar` - Mehriban Əliyeva
- `Düşmən çox narahatdır` - İlham Əliyev
- `Düşmən tərəfdə əcnəbi hərbçilər də var`- Aprel döyüşlərinin görünməyən tərəfi
- `Düşmənin istənilən hərbi obyektini məhv etməyə hazırıq` - İlham Əliyev
- `Düşmənə bu dəfə də layiqli cavab verilib` - Deputat
- `Düşmən mövqelərini izləyin` - Zakir Həsənovdan tapşırıq
- `Düşmənin bütün hərbi obyektlərini məhv etmək imkanımız var` - Zakir Həsənov mesaj verdi
- `Düşmən xeyli itki verdi, bir əsgərimiz isə...` - Nazirlik
- `Düşmənin istənilən hədəfini məhv edə bilərik` - Ali Baş Komandan
- `Düşmənin 12 texnikasını məhv etdim` - Ordumuzun kapitanı